Suriyadan neft sızıntısı Şimali Kiprdə ekoloji təhlükəyə səbəb olub
Suriyadakı elektrik stansiyasından yanacaq sızması Quzey Kibrıs Türk Cümhuriyyəti üçün problemə yol açıb. SİA xəbər verir ki, neft sızıntısı Kipr sularına çatıb və Karpaz bölgəsinə təhlükə yaradıb. Mümkün ekoloji təhlükənin aradan qaldırılması məqsədilə ŞKTR hökuməti adekvat addımlar atır və bu məqsədlə hökumətdə xüsusi qrup yaradılıb.
Böhran Qrupuna ŞKTR baş nazirinin müşaviri Hüseyin Amcaoğlu rəhbərlik edir.
Huseyin Amcaoğlu deyib ki, ilk növbədə, Kıbrıs Türk Sahil Təhlükəsizliyi və Kurtuluş Ltd. Şirkətinin Baryerləri şirkətə məxsus yedək gəmiləri ilə Dipkarpaz Zafer Burnuna daşınmasına başlanılıb.
Amcaoğlu Türkiyə ilə yüksək səviyyəli təmas nəticəsində 4 mütəxəssisdən ibarət bir qrupun bu səhər adaya gələrək sözügedən problemlə bağlı keçiriləcək toplantıya qatılacağını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB