Ruslarda Dövlət Dumasına keçiriləcək seçkilərə maraq qalmayıb?

Rus seçiciləri ölkə səlahiyyətlilərindən hədiyyə gözləyirlər
Ruslarda Dövlət Dumasına keçiriləcək seçkilərə maraq qalmayıb?

Rusiyada Dövlət Dumasına keçiriləcək seçkilərə lap sayılı günlər qalır. Amma nədənsə, ölkədə hələ ki, sakitlikdir. Yəni seçki kampaniyası finiş xəttinə yaxınlaşsa da, ancaq vizual olaraq Rusiya şəhərlərinin küçələrində bunu xatırlatmaq üçün aparılan təbliğat daha əvvəlki “çılğınlıqla” aparılmır. Görən nə baş verir? Məgər, doğrudanmı, indi hakimiyyətdə olan “Vahid Rusiya” partiysı, həmişə olduğu kimi, bu dəfə də liderliyini qoruyacağına əmindir? Maraqlıdır ki, rusiyalı ekspert Aleksey Makarkinə görə, qəribə də olsa, amma əslində, bu hazırda Rusiya hakimiyyətində olanları elə də qorxutmur.

Qeyd edək ki, 2016-cı ildə keçirilən son Duma seçkilərinə ölkə seçicilərinin təxminən yarıdan da azı, yəni 48 faizi səs verməyə gəlmişdi. Lakin belə görünür ki, Kreml üçün önəmlisi seçki fəallığı yox, hakim partiyanın konstitusiya çoxluğunu qazanmasıdır. Amma yenə də maraqlıdır, görən hakim partiya yenidən buna nail ola biləcəkmi?

Bəs, onda, yenə də görəsən, Putin hakimiyyətinin indidən əl-ayağa düşüb, “narahatçılıq keçirməyinə hansısa əsas varmı?

Bundan əlavə, bu gün Rusiyada səsvermədə səlahiyyətlilərin “ümid bəslədikləri” təqaüdçülər hazırkı ölkə rəhbərliyindən hədiyyələr gözləyirlər, çünki onlar artıq əvvəlki kimi “fəallıq” namayiş elətdirib, sadəcə olaraq, səs vermək istəmirlər.

Belə görünür ki, rus təqaüdçülərə hədiyyə kimi 10 min rubl birdəfəlik ödəmə və... plus lotereya da buna heablanıb.

Bir də... deyilənə görə, Dövlət Dumasına son seçkilərdən sonra “Vahid Rusiya” hazırda daha pis vəziyyətdədir.

Qeyd edim ki, bu da rusiyalı ekspert Aleksey Makarkinin gəldiyi qənaətdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə