ABŞ Əfqanıstanda nə qədər itki verib?

ABŞ Əfqanıstanda nə qədər itki verib?

Amerika hərbi kontingentinin Əfqanıstanda qaldığı 20 il ərzində təxminən 2 mindən artıq amerikalı hərbçi həyatını itirib.

Qeyd edək ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ-ın bu missiya üçün “ödədiyi qiymət” amerikalı hərbçilər və mülki vətəndaşlar arasında öldürülən 2461 və 20 mindən çoxu yaralıdır.

Xatırladaq ki, avqustun 23-də ABŞ Prezidenti Cozef Bayden Əfqanıstanda olduqları 20 il ərzində 2448 amerikalının öldüyünü təsdiq edən rəqəm təqdim etmişdi. Lakin daha sonra bu rəqəm Kabildə terror hücumu zamanı ölən 13 əsgərə əlavə edildi.

Onu da bildirək ki, bundan daha əvvəl ABŞ-ın Əfqanıstandan hərbi personalının çıxarılmasını tamamladığını və bununla da 20 illik ölkədəki mövcudluğuna son qoyduğu bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə