Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün Moskvada Ermənistanın yeni Xarici İşlər naziri Ararat Mirzoyanı qəbul edəcək.
SİA-nın məlumatına görə, danışıqların gündəliyində Qarabağdakı mövcud vəziyyətin əsas olacağı gözlənilir:
"Görüşün əsas mövzularından biri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 Noyabr 2020 və 11 Yanvar 2021 -ci il tarixli razılaşmalarının icrası ilə əlaqədar bütün məsələlərə baxılması olacaq. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması prosesi nəzərdən keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB