Tramp ABŞ-ın hərbi kontingentinin Əfqanıstandan çıxarılmasını yenə tənqid edib

Tramp ABŞ-ın hərbi kontingentinin Əfqanıstandan çıxarılmasını yenə tənqid edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın hərbi kontingentinin Əfqanıstandan çıxarılmasını növbəti dəfə tənqid edib.

SİA “İnterfax” agentliyinə istinadən xəbər verir ki, Tramp təkidlə ABŞ-ın Əfqanıstanda qoyub çıxdığı silahların geri alınmasının vacibliyini vurğulayıb.

Keçmiş prezident bildirib ki, 85 milyard dollar xərclənən bütün texnikanın dərhal ABŞ-a qaytarılmasını tələb etmək lazımdır: “Əgər geri qaytarılmasa, əhəmiyyətli bir hərbi güc nümayiş etdirərək Əfqanıstana girməli, ya silahları götürməli, ya da cəhənnəmə bomba atmalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə