BMT Təhlükəsizlik Şurası (TŞ) Əfqanıstandan maneəsiz çıxış haqqında qətnamə qəbul edib.
SİA Amerika telekanallarına istinadla xəbər verir ki, qətnamədə “Taliban” hərəkatı əfqanların və xarici vətəndaşların ölkədən sərbəst və təhlükəsiz çıxışını təmin etməyə çağırılır. Sənədin lehinə Təhlükəsizlik Şurasının 13 üzvü səs verib, Rusiya və Çin bitərəf qalıb.
Qətnamə, həmçinin Əfqanıstana humanitar yardım göndərilməsində səylərin artırılmasını nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB