Meksikada qaldırıcı kranın aşması 5 nəfərin ölümünə səbəb olub

Meksikada qaldırıcı kranın aşması 5 nəfərin ölümünə səbəb olub

Meksikanın Mexiko ştatında yol tikintisi zamanı qaldırıcı kran aşıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, nəticədə 5 inşaatçı ölüb, 2 nəfər yaralanıb.

Hadisə dəmir materialların qaldırılması zamanı baş verib. Dəmirlərin normadan artıq yüklənməsi kranın aşmasına səbəb olub və 5 işçinin üzərinə düşüb. Yaxınlıqda olan 2 nəfər isə xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə