Bu günlərdə Ukrayna xarici işlər nazirinin keçmiş müavini olmuş Aleksandr Çalıy Krımı Rusiyadan geri qaytarmaqla bağlı maraqlı bir təklif irəli sürüb. Hazırda “Krımı qaytarmaq üçün qarşıdurma strategiyasının” işləmədiyini deyən sabiq nazir müavini bunun başqa bir yolunu, Kiyevin krımlılar üçün daha da cazibədar hala gətirilməsinin vacib olduğunu təklif edib. Deyim ki, Çalıy bu fikirləri Ukraynanın “Naş” telekanalına danışarkən bildirib.
Onun sözlərinə görə, 2014 -cü ildən bəri kollektiv Qərbin Rusiyaya qarşı həyata keçirdiyi “Karfagen məhv edilməlidir” strategiyanın məntiqi sona çatdığı göz qabağındadır. Sabiq nazir müavininin dediyindən belə başa düşülür ki, Qərb buna cəhd etsə də, amma onu sona çatdıra bilmədi. Niyə?
Çalıyın fikrincə, ona görə ki, Qərb bunun üçün kifayət qədər güclü deyildi və eyni zamanda həmin vaxt Rusiya daha sabit idi.
“...Rusiya ilə Krımla bağlı razılığa gələ bilmərik. Hazırda Rusiya bu məsələnin bağlandığını iddia edir. Amma məncə, bunun da bir çıxış yolu var. Belə ki, biz bütün bölgələrin Ukraynaya qoşulmaq istədiyi qədər cazibədar bir cəmiyyət yaratmağa çalışmalıyıq. Bu halda nəinki, Krım, hətta Rusiyanın da bəzi bölgələri belə bir həyata biganə qalmayacaq”. Bunun da Çalıy deyir.
Xatırladaq ki, avqustun 23 -də Kiyevdə Ukrayna və xarici siyasətçilərin iştirak etdiyi “Krım Platforması” adlı zirvə toplantısı keçirildi. Həmən toplantıda çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, bundan sonra sammit iştirakçıları Rusiyaya qarşı sanksiyaları gücləndirmək, insan hüquqlarını qorumaq və Qara və Azov dənizlərində "naviqasiya azadlığının" təmin edilməsi üçün çalışacaqlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB