Avtomobildən 5 raket atıldı

Əfqanıstan mediası Həmid Kərzai Beynəlxalq Hava Limanına doğru bir avtomobildən 5 raket atıldığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, raketlər paytaxtın Səlim Karvan rayonuna düşüb. Şahidlər, böyük partlayışlardan sonra çoxlu silah səslərinin eşidildiyini və insanların qaçdığını deyib. Hücumun kim tərəfindən edildiyi hələ məlum olmasa da, yaralıların və ya ölənlərin sayı ilə bağlı məlumat paylaşılmayıb. Kabildə hava limanının yaxınlığındakı yaşayış massivinə raket atılıb. Partlayış nəticəsində uşaqlar da daxil olmaqla eyni ailədən 9 nəfər həyatını itirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə