Peruda iki sərnişin gəmisinin toqquşması nəticəsində azı 11 nəfər ölüb

Peruda iki sərnişin gəmisinin toqquşması nəticəsində azı 11 nəfər ölüb

Peruda Ualyaqa çayında iki sərnişin gəmisinin toqquşması nəticəsində azı 11 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“Sahil mühafizəsinin şəxsi heyəti 60 nəfəri xilas edib və 11 nəfərin cəsədini göyərtəyə qaldırıb”, - Hərbi Dəniz Qüvvələrinin Twitter səhifəsində yer almış məlumatda belə deyilir.

Bildirilir ki, daha doqquz nəfər itkin düşmüş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə