Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan 255 nəfər ölüb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan 255 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 255 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 286 425 nəfər test edilib, onların 17 322-nin koronavirus testi pozitiv nəticə verib, 11 396 nəfər sağalıb.

Nazirliyin "covid19.saglik.gov.tr" saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 93 004 856 peyvənd tətbiq edilib ki, bunun da 77 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə