Erməni baş nazirin “uzaqgörənliyi”...

Erməni baş nazirin “uzaqgörənliyi”...

...Yadınızda olar, Nikol Paşinyan erməni parlamentdəki son çıxışlarının birində Azərbaycan tərəfinin Qarabağda yerləşən rus sülhməramlı kontingentinə qarşı “çılğın təbliğat” apardığını və bu “fakt”ların onu çox “narahat etdiyini” bildirmişdi. (...deyim ki, bu onun "humanist"liyinə, "ürəyinin böyüklüyü"nə dəlalət edir-A.B.)

Nikolun sözlərinə görə, bu gün Azərbaycanın əsas məqsədlərindən biri və bəlkə də ən başlıcası Qarabağdakı rus sülhməramlılarını nüfuzdan salmaqdır.

Deyim ki, Nikol bunu havadan demir, “tutarlı faktlar” da gətirir. Məsələn, Nikol deyir ki, neçə müddətdir Azərbaycan məhkum edilmiş erməni əsirlərinin mühakimə edirdi. Özü də mühakimə olunan erməni əsirlərinin əksəriyyəti üçtərəfli müqavilənin imzalanmasından sonra, yəni sülhməramlı kontingentin bu ərazilərə yerləşdirilməsindən sonra əsir götürülən “günahsız erməni balalarıdır”.

İndi Nikola görə, belə çıxır ki, Bakı burada, rus sülhməramlılarının qanadı altına girib gizlənən erməni hərbçilərini tutub mühakimə etməklə, rus sülhməramlılarını bura göndərən rus səlahiyəlilərinə onları saymadıqlarını demək istəyir. Yəni Nikolun dediyinə görə, guya Azərbaycan bunula Kremldə oturanlara demək istəyir ki, sizin bura sülhməramlı adı altında göndərdiyiniz hərbçilər, sadəcə yararsızdırlar.

...Doğurdanda, “tutarlı faktlardır”. Belə ki, Nikolun bu kimi “tutarlı faktlara” əsaslanaraq fikir yürütməsi adamda belə “uzaqgörən” rəhbəri olan “ermənilərə, qarşı olan qibtə hissini” daha da artırır.

Deyim ki, Nikol “tutarlı faktlara” əsaslanaraq fikirlərini sonradan daha da “şaxələndirir”. Bu dəfə o deyir ki, biz “humanist ermənilərdən” fərqli olaraq, Azərbaycan hələ də Rusiyanın “mavi dəbilqələri”nin mandatını imzalamayıb.

Nikol bunu da əsas gətirərkən sual edir: əgər bu Bakı tərəfindən rus sülhməramlılarının nüfuzdan salınması deyilsə, bəs onda nədir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə