Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenidən artıb. Ötən sutka ölkədə 2669 nəfər koronavirusa yoluxub, 76 nəfər pandemiyanın qurbanı olub. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytı məlumat yayıb.
Bildirilir ki, Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 543 min 118-ə, müalicə olunanların sayı 482 min 732-yə, pandemiya qurbanlarının sayı isə 7 min 251-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB