Türkiyənin Ordu şəhərində 14 yaşlı oğlan anasını, nənəsini və qardaşını öldürüb, atasını isə ağır yaralayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 14 yaşlı oğlan polis əməkdaşı olan atasının tapançasını götürərək atasına, qardaşına, anasına və nənəsinə atəş açıb. Ana və nənə hadisə yerində ölüb. Ağır yaralanan qardaşı və atası xəstəxanaya aparılıb.
Qeyd edək ki, müdaxilələrə baxmayaraq qardaş xilas edilə bilməyib və həyatını itirib. Ağır yaralanan atanın isə müalicəsi davam edir. Məsələ ilə bağlı genişmiqyaslı istintaq başladılıb.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB