Kvant kompüter yaratmaq mümkün olacaqmı?

Kvant kompüter yaratmaq mümkün olacaqmı?

Yeni peyvənd və dərmanların sürətlə inkişafı, yenilikçi materialların yaradılması, süni intellekt və iqlimşünaslıq sahəsində elmi irəliləyişlər - bütün bunlar, ehtimal ki, əsl kvant kompüteri yaradılarsa mümkün olacaq.

Lakin, “nə yazıqlar ki”, bəşəriyyət hələ də ikinci kvant inqilabının astanasındadır. Məsələ ondadır ki, mövcud kvant kompüterlərinin əsas komponenti olan cari kvant prosessorlarının gücü nisbətən azdır. Yəni bir qayda olaraq, 100 qubiti keçmir, yeni bir kvant hesablama səviyyəsinə çatmaq üçün ən azı 1 milyon qubit lazımdır. Ancaq dünyada indiyə qədər heç kim istədiyi dəyərə yaxınlaşa bilməmişdir.

Maraqlıdır ki, bu yaxınlarda Yeni Cənubi Uels Universitetinin (Avstraliya) alimləri doğru gücə sahib bir kvant prosessoru qurmağa yaxınlaşdıqlarını söyləyiblər.

Amma nə qədər qəribə də olsa, bu gün bəzi nüfuzlu elm adamlarının kvant kompüter yaratma ehtimalına şübhə etdiklərini söyləməkdən çəkinmırlər. Belə ki, onlar hələ də bu işə tərəddüdlə baxırlar. Məsələn, keçmiş sovet fiziklərindən olan Mixail Dyakonov belələrindəndir. O hətta ötən il bu məsələ ilə bağlı "Bizdə kvant kompüterimiz olacaqmı?" adlı kitab da nəşr etdirib.

Ancaq buna baxmayaraq, müasir dünyada bir qədər keçən əsrin silahlanma yarışını xatırladan əsl kvant texnologiyası yarışı növcuddur. Qeyd edək ki, kvant hesablamalarında şübhəsiz lider ABŞ-dır.

Təbii ki, Çin bu sahədə ABŞ -la rəqabət apararaq ikinci yerdə “məskunlaşıb”. Belə ki, çinlilər beş il bundan əvvəl müsbət təsirlərin 2030 -cu ilə qədər əldə ediləcəyinə inandıqları üçün kvant hesablama və kommunikasiyalarını inkişaf etdirmək üçün iddialı bir layihəyə başlayıblar.

Əlavə olaraq qeyd etmək lazımdır ki, kvant texnologiyaları sahəsində tədqiqatlar İsrail, Kanada, Sinqapur, Tayvan, Cənubi Koreya və Yaponiya tərəfindən də aparılır. Doğrudur, bu ölkələr hələ ki, yüksək səviyyəli uğurlarla öyünə bilməsəıər də, hər halda tədqiatlarını davam etdirirlər.

Təbii ki, dünyadakı “kvant kompüter” hərəktına müşahidəçi qalmaq istəməyən Rusiya da artıq dünyanın qəbul edilmiş liderlər - ABŞ və Çinin arxasınca qaçıb onlara çatmaq istəyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə