Matəm elan olundu - QAZAXISTANDA

Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş partlayışla əlaqədar olaraq matəm elan edilib. SİA xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Comart Tokayev "Tvitter"də bildirib.

“Bayzak rayonunda insanların ölümü ilə nəticələnən faciəli hadisə ilə əlaqədar olaraq 29 avqustu ümumxalq hüzn günü elan edirəm. Həlak olan hərbçilər və xilasedicilər əsl qəhrəmanlıq və fədakarlıq göstərdilər. Onlar xalqın yaddaşında əbədi olaraq qalacaqlar", - Prezident qeyd edib.

Xatırladaq ki, hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 12 nəfər həlak olub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə