"Taliban" yerli hakimiyyətə təhvil verilmiş minlərlə məhbusu azad edib - Pentaqon

"Taliban" yerli hakimiyyətə təhvil verilmiş minlərlə məhbusu azad edib - Pentaqon

"Taliban” Əfqanıstanda ABŞ qoşunlarının ayrılmazdan əvvəl yerli hakimiyyət orqanlarına təhvil verdiyi minlərlə məhbusu azad edib.

SİA xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

“Dəqiq rəqəmləri bilmirəm, ancaq “Taliban” tərəfindən ələ keçirilmiş və dağıdılmış iki həbsxananı nəzərə alsaq, bu rəqəmin minlərlə olduğu aydın olar”, - deyə Kirbi hazırda azadlıqda olan terrorçu qrup fəallarının sayı ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə