“...Biz hamımız terrorçuları öldürməliyik”

Ağ Evin sözçüsü Psaki Kabıldakı hücumlardan sonra amerikalılara müraciət edib
“...Biz hamımız terrorçuları öldürməliyik”

“…ABŞ Əfqanıstanda siyasətlə məşğul olmamalı, ancaq ölkədəki terrorçulara qarşı qətiyyətlə mübarizə aparıb onlara layiqli cavab verməlidir”.

Qeyd edək ki, bu çağırış Kabildəki yüzdən çox insanın həyatına son qoyan hücumlardan sonra Ağ Evin sözçüsü Ceyn Psaki tərəfindən edilib.

“Biz hər bir amerikalıdan bizimlə çiyin-çiyinə dayanmağa və harada olmalarından asılı olmayaraq, terrorçuları təqib edib onlarla vuruşmağa, onları öldürməyə hazır olmalarını gözləyirik".

Bunu isə Psaki senator Lindsi Qremanın prezident Cozef Baydenin istefaya göndərilməsi təklifinə cavab olaraq bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl də bəzi konqresmen və Respublikaçılar Partiyasının üzvləri Baydeni Kabul hava limanında Amerika hərbçilərinin ölümündə günahkar bilərək onu istefa verməyə çağırmışdılar.

Onu da qeyd edək ki, dünənə qədər taliblərə danışığa hazır olduqlarını bildirən bəzi Amerika rəsmilərindən fərqlı olaraq, Psaki, ABŞ-ın “Taliban” terror hərəkatına artıq etibar etmədiklərini və talibanları dost hesab etmədiklərini bildirib. Onun sözlərinə görə, hazırda Əfqanıstandan təxliyəni təşkil etmək üçün “Taliban”la koordinasiya lazımdır.

Bu arada, ABŞ prezidenti Cozef Bayden də öz növbəsində Əfqanıstanın paytaxtında terror aktlarının təşkilatçılarının Vaşinqton qarşısında cavab verəcəklərini bildirib.

Yeri gəlmişkən xatırladaq ki, ötən gün Kabildə, hava limanının yaxınlığı da daxil olmaqla altı partlayış törədilib. Verilən məlumata görə, “İslam Dövləti” terror qruplaşması hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə