Qazaxıstanda baş vermiş partlayışın söndürülməsi zamanı 4 hərbçi həlak olub

Qazaxıstanda baş vermiş partlayışın söndürülməsi zamanı 4 hərbçi həlak olub

Qazaxıstanın Cambıl vilayətində yerləşən hərbi hissədə partlayışdan sonra baş verən yanğının söndürülməsi zamanı 4 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev brifinqdə bildirib.

“Təəssüf ki, nəticələrin aradan qaldırılması zamanı 4 hərbçi şəhid oldu”, deyə nazir vurğulayıb.

Qeyd edək ki, son məlumatlara görə, hadisə zamanı yaralıların sayı 90 nəfərə çatıb. Onlardan 49-unun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olduğu bildirilir. Məlumat üçün bildirək ki, partlayışdan əvvəl hərbi hissənin anbarında 500 tondan çox trotil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə