Latviyada COVID-19-a yoluxanların ümumi sayı 142 minə yaxınlaşır

Latviyada COVID-19-a yoluxanların ümumi sayı 142 minə yaxınlaşır

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 141 min 686 nəfərə çatıb.
SİA xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 3 milyon 357 min 617 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 23 min 697 nəfərdən götürülən testlərin 150-nin nəticəsi müsbət çıxıb.
Əhalisinin ümumi sayı Azərbaycanla müqayisədə 6 dəfə az olan Latviyada COVID-19-dan 2 min 571 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 137 min 146 nəfər təşkil edib.
Latviyada virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə