“…Nikolun Azərbaycana etdiyi “anlaşılmaz ərazi güzəştləri” 9 noyabr müqaviləsində nəzərdə tutulmayan güzəştlərdir. Azərbaycanlılar da bundan “geninə-boluna” yararlanırlar. Onlar hətta dünən gecə yarısına yaxın bir neçə erməni maşınını saxlayaraq yolun Goris-Qapan hissəsini bağlamışdılar. Rusiya və Ermənistan sərhədçiləri ilə danışıqlardan sonra bəzi avtomobillərin keçməsinə icazə verilsə də, yol yalnız səhər açılıb. Əslində, bütün bunlar azərbaycanlılar tərəfindən təxribatların davamlı olacağından xəbər verir”.
Deməli, yuxarıda deyilənlər erməni parlamentində təmsil olunan erməni müxalifəti nümayəndələrinin fikirləridir. Onlar deyirlər ki, Azərbaycan tərəfi “haqsızlıq edib”, yolu bağlayıb, ermənilər yolsuz qalıb və s. Amma onlar, yolun hansı səbəbdən qapadıldığını demirlər. Təbii ki, niyə qapadıldığını çox yaxşı bilirlər, sadəcə olaraq, bu, onlara sərf eləmir deyə, ona görə də demirlər.
“Bakının təxribatlarının yaratdığı növbəti böhran şəraitində fikir ayrılıqlarına baxmayaraq, hakimiyyət ətrafında birləşmək lazımdır”. Bunu da erməni parlamentində təmsil olunan erməni müxalifətçiləri deyirlər. Əslində, bunun səmimiliyi elə də bir şübhə yaratmamlıdır. Çünki bizim hər birimiz ermənilərin kim olduqlarını unutmamalıyıq. Buna baxmayaraq, yenə də onların düşüncəsinə görə, özünü yalançı vətənpərvər kimi təqdim edən Paşinyan hökuməti ilə heç bir əməkdaşlıq olmamalıdır. Çünki bu hökumət ilk olaraq özünün ölkədə yaratdığı böhranı həll etməlidir.
Müxalifətin başlıca vəzifəsinin hökumətin istefasını istəmək olduğunu deyən müxalifətçi deputatlar bunun üçün küçə hərəkətlərinə ehtiyac olacağı təqdirdə, ona da gedəcəklərini deyirlər.
Onların düşüncəsinə görə, buna kifayət qədər səbəb də var. Məsələn, parlamentdəki hakim partiyanı təmsil edənlərin xuliqanlıq davranışları...
Bundan əlavə, üç müxalifətçi millət vəkili deputat toxunulmazlığı prinsipini aşaraq həbsdədir; siyasi repressiyalar var; hökumət, vətəndaşlarının respublika ərazisi boyunca təhlükəsiz və maneəsiz hərəkətini təmin edə bilmir. Daha nələr, nələr...
Yaxşı, bütün bunlar 20 iyun seçkilərindən sonra, Paşinyan hökumətinin istefasını tələb etmək üçün kifayət deyilmi? Hələ, desən bir qədər də çoxur. Belə başa düşülür ki,..onda iş başına...
Yeri gəlmişkən bildirək ki, bu gün Ermənistan Milli Assambleyasının müxalifətçi -millətçi “Hayastan” və “Mənim şərəfim var” qrupları Nikol Paşinyan hökumətinin 5 illik dövlət proqramına səsvermədə iştirakdan imtina ediblər. Belə ki, onlar müxalifətçi -millətçi “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın çıxışından sonra parlamentin iclas otağını tərk edərək erməni baş nazirin son çıxışını boykot ediblər.
Məhz buna cavab olaraq, Ermənistan parlamenti Paşinyanın “yeni kursunu” qəbul edib.
Qeyd edək ki, “Hayastan” və “Mənim şərəfim var” qruplarının etiraz etmələrinə baxmayaraq, Ermənistan parlamenti “yeni kurs” qəbul etdi Paşinyan hökumətinin proqramını qəbul edib. Belə ki, proqramın qəbuluna “Vətəndaş müqaviləsi” partiyasından olan 70 deputat səs verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB