Oğul Məsud Moskvadan kömək istədi

Oğul Məsud Moskvadan kömək istədi

Əfqanıstanda “Şimal Alyansı” lideri olmuş Əhməd Şah Məsudun oğlu Rusiyanı ölkədə yaranmış münaqişənin həllində onlara yardımçı olmağa çağırış edib. Qeyd edək ki, hazırda öz tərəfdarları ilə ölkənin Pancşir əyalətində olan oğul Məsud ölkədəki siyasi vəziyyətin Moskvanın köməyi olmadan həll edilə bilməyəcəyini bəyan edib: “...Ümid edirəm ki, Rusiya hakimiyyəti siyasi müdaxilə edərək, şiddətin artmasının qarşısını almaqda bizə kömək edəcək”.

Oğul Məsuda görə, Rusiya müqavimət hərəkatı ilə “Taliban” arasında sülh danışıqlarının aparılmasına kömək edə bilər.

Müqavimət liderinin fikrincə, məskunlaşma Rusiyanın maraqlarına da uyğundur, əks halda ekstremist ideologiyası Orta Asiya və Rusiyanın cənubunda da alovlana bilər".

Xatırladaq ki, Pəncşir əyaləti avqustun 17-dən başlayaraq “Taliban”a qarşı müqavimət mərkəzi kimi “formalaşıb”.

Hazırda Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrullah Saleh və Əhməd Məsudun dəstələri tərəfindən nəzarət edilən Pəncşir taliblər tərəfindən nəzarətə götürülüb. Onların Pəncşirə hücum edəcəkləri də istisna edilmir.

Qeyd edək ki, özünü ölkə prezidenti vəzifəsini icra edən səlahiyyətli kimi təqdim edən Əmrullah Salehlə, müqavimət hərəkatı lideri oğul Məsud “Taliban”a qarşı aralarında hərbçilər də olan keçmiş hökumət qüvvələrindən döyüşçü dəstələri yaradıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə