"Əfqanıstanda təhlükəsizlik təmin olunacaq" BAYDEN

"Əfqanıstanda təhlükəsizlik təmin olunacaq" BAYDEN

ABŞ Prezidenti Co Bayden Əfqanıstandan indiyə qədər 70 mindən çox insanın təxliyə edildiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əfqanıstanda G7 liderləri ilə görüşdən sonra ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlər qarşısında görüşlə bağlı danışıb.
Bayden son 10 gündə müttəfiqləri ilə bərabər etdikləri işlər haqqında məlumat verib: "Günortadan etibarən 70.700 adamın Əfqanıstanı tərk etməsinə kömək etdik. İyulun sonundan etibarən təxliyə edilənlər 75,900 nəfərdir".
Bayden qeyd edib ki, son 12 saatda Əfqanıstandan 12 min, hərbi uçuşlarla 6 min 400 və təcili uçuşlar ilə 5 min 600 nəfəri çıxarılıb. G7 liderləri ilə təxliyə zamanı təhlükəsizliyinin təmin edilməsi və əməkdaşlıq üçün razılığa gəldiklərini bildirdi.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə