"Taliban" ölkə vətəndaşlarına xaricə dollar və antik əşyaları aparmağı qadağan edib

"Taliban" ölkə vətəndaşlarına xaricə dollar və antik əşyaları aparmağı qadağan edib

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” ölkə vətəndaşlarına xaricə dollar və antik əşyaları aparmağı qadağan edib.

SİA xəbər verir ki, bu barədə “Taliban” hərəkatının “Twitter” səhifəsində məlumat dərc edilib.

Məlumatda bildirilib ki, bütün vətəndaşlara ölkədən dollar və antik əşyaların qaçaqmalçılığı və ya hər hansı bir bəhanə ilə quru, yaxud hava yolu ilə çıxarılması qəti qadağandır: “Əgər bunlar kiminsə üzərində tapılarsa, dərhal müsadirə ediləcək və sahibləri cəzalandırılacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə