İki ərəbdilli ölkə Əlcəzair və Mərakeş bu gündən etibarən diplomatik əlaqələrini rəsmi olaraq kəsiblər. SİA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Əlcəzairin xarici işlər naziri Ratman Lamamran bəyanatla çıxış edib.
Mənbənin sözlərinə görə, nazir mətbuat konfransında qonşu dövləti "düşmənçilik"də ittiham edib.
Başqa detallar barədə məlumat verilməyib.
Son illərdə iki Şimali Afrika ölkəsi arasındakı əlaqələr dondurulmuşdu. Son 7 il ərzində Əlcəzairlə Mərakeş arasında rəsmi ikitərəfli görüşlər keçirilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB