Ermənistanda heç kim ərazilərin Azərbaycana təslim edilməsinə etiraz etməyib - Paşinyan
"Ermənistanın heç bir rəhbərliyi ərazilərin Azərbaycana təhvil verilməsinin zəruriliyinə və qaçılmazlığına etiraz etmədi". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı parlamentdə hökumətin proqramının təqdimatı zamanı deputatların suallarını cavablandırarkən deyib.
Söhbət 44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən Dağlıq Qarabağın ətrafındakı "təhlükəsizlik kəməri"ndən - 7 rayondan gedir. Müxalifət Paşinyanı Ermənistanın maraqlarına xəyanət etməkdə və bu əraziləri itirməkdə ittiham edir.
Baş nazirin qeyd etdiyi kimi, bütün sələfləri bu və ya digər şəkildə bu ərazilərdən ermənilərin köçürülməsinə razılıq veriblər. "Hayastan" ("Ermənistan") blokundan olan deputat Tadevos Avetisyanın "itirilmiş şəhərlər, kəndlər, uşaq bağçaları və məktəblər" haqqında dediklərini cavablandıran Paşinyan, bu əraziləri sonuncu dəfə nə vaxt ziyarət etdiyini, orada yeni infrastrukturu görüb-görmədiyini soruşub: "Acılarınızı başa düşürəm, amma bu salonda bunu paylaşmayan insanlar olduğunu düşünmürəm".
O, xatırladıb ki, hələ 2010-cu ildə əksəriyyəti hazırda müxalifətdə olan Ermənistanın "Respublika" Partiyasından olan deputatlar inzibati ərazi bölgüsü haqqında qanuna səs vermişdilər. Sənəddə Dağlıq Qarabağın ətrafında göstərilən bütün ərazilər Azərbaycan ərazisi kimi tanınmışdı.
Rusiya, Ermənistan və Azərbaycan başçıları - Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev Qarabağda birgə bəyanat qəbul etdilər. Dağlıq Qarabağda müharibə tam olaraq noyabrın 10-da dayandı. Ermənistan tərəfi bir sıra ərazi güzəştləri ilə razılaşdı.
Atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının 1960 sülhməramlısı, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika olan sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasına yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB