Deməli, Ermənistana turist kimi gələn bir rus turisti, sonradan bu “gözəl” ölkə və bu “gözəl” ölkənin insanları ilə bağlı “gözəl” təəssüratını “Yandex.Zen” platformasındakı şəxsi bloqunda “gözəl-“gözəl” paylaşıb.
Yenə də deməli, rus turistinin dediklərindən belə başa düşülür ki, ömründə heç olmasa, bir dəfə Ermənistanda olan hər hansı bir şəxs, daha Türkiyəni unudacaq, yəni turist kimi, ora getməyi “birdəfəlik unudacaq”. Sən demə, “cənnət” elə Ermənistandaymış ki.. .
…Beləliklə, ilk əvvəl ermənilərin qonaqpərvərliyindən, onların “qonaq üçün canlarından belə keçməyə” hazır olduqlarından danışan tus turisti, ermənilərin hər tinbaşı onları pulsuz çaya, kofeyə qonaq etdiklərini bildirir. Rus turistinin dediyinə görə, ermənilər onlara həvəslə bələdçilik də edirlərmiş...
Halbuki, Türkiyədə türklər bunu onlar üçün heç də müftə etmirmişlər.
Bunu da Ermənistana gələn rus turisti bildirir. Onun dediyinə görə, Türkiyədə olarkən, türk kişiləri onun yanına salıb yarıçılpaq gəzdirdiyi gözəl arvadına biganə qalmırmışlar. İmkan düşəndə replikalar atıb, onu “bişirməyə” belə çalışırmışlar. Rus turisti and-aman edərək, “erməni kişiləri”ndə heç vaxt belə bir şey sezmədiyini bildirir.
...Əslində, rus turisti doğru danışır, çünki burada elə də təəccüblü bir şey yoxdur. Yəqin çoxlarınız 44 günlük müharibə vaxtı özünü könüllü olaraq Azərbaycan əsgərlərinə təslim edən erməni qızının “Yutub”da yayımlanan açıqlanasına baxmısınız. Erməni qızı həmin açıqlamasında Ermənistandakı “kişilərin” kişisizliyindən şikayətlənərək könüllü əsir düşməsini də bununla əlaqələndirir: “...bəlkə azərbaycanlı əsgər mənim qadın olduğumu mənə xatırlada...”
Məhz buna görə də, rus “kişi” turistinin turist arvadının şoka düşüb “erməni kişisinin” ona göstərdiyi biganəliyindən gileylənib narazı qalmasına heç bir əsas yoxdur.
İndi hər il Türkiyədə istirahət eləmisən, nə olar ki, bu dəfə sənin üçün ağır da olsa, Ermənistanda dincəl, eyib etməz, gələn il yenə də istirahətə Türkiyəyə gedərsən...çünki arvad böyük qüvvədir, həm də, necə deyərlər, su gələn arxa bir də gələr..
...Rus turist kişisi isə öz aləmindədir. İrəvan bazarındakı “bolluqdan”, qiymətlərin şor qiymətindən də uzuz olduğundan danışır: “Türkiyədən fərqli olaraq ermənilərin “əntiqə” bir menyusu var - turistlər və yerli əhali üçün fərqli qiymətlərlə, yəni burada turistlərə hər şey “skidka” ilə satılır.
...Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl “Rambler” yanğından sonra belə Türkiyənin məşhur kurortlarında boş yer olmadığını bildirmişdı...və indi kim rus turistinin, elə onun arvadının da “erməninin növbəti oyunlarından” biri olmadığına zəmanət verə bilər...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB