Məgər Nikol “dövlətin mənafeyi naminə” yalan danışa bilməz?

Məgər Nikol  “dövlətin mənafeyi naminə” yalan danışa bilməz?

Beləliklə, ermənilərin necə müddətdən bəri gözlədikləri bir gün... bu gün avqustun 24 -də erməni parlamenti növbəti 5 il üçün hökumət proqramını müzakirə etməyə başlayıb. Marqlıdır, “həsrətlə bu günü gözləyən” ermənilərin bu proqramdan gözləntiləri nədir?

Hər şeydən əvvəl qeyd edək ki, bütün ermənilər olmasa da, hər halda bəziləri Nikolu hələ də ciddi adam saymadıqlarını bildirərək, onun hökumət proqramında təqdim edəcəyi rəqəmlərə də şübhə ilə yanaşacaqlarını gizləməyiblər.

Onların fikrincə, hökumətin iqtisadi siyasəti tamamilə iflasa uğratması, bazar mühitini tanınmaz dərəcədə təhrif etməsi və investisiya mühitini pisləşdirdiyi son 3 ildə belə oldu.

Bəzi ermənilərə görə, indi maliyyə investisiyaları yalnız dövlət büdcəsinin payında qalıb...o da ki, necə? Yenə də həmin ermənilər dinc qalmırlar, faktlar xatırlatmağa çalışırlar.

Beləliklə, onların birinci faktına görə, o vaxt seçki proqramında yol quruculuğu ilə bağlı diqqətəlayiq rəqəmləri "çəkən" Paşinyan sonradan dediklərini guya danaraq deyib ki, büdcədə pul yoxdur. Əla etirafdır. Neyləsin, necə deyərlər...”yoxun üzü qara olsun”.

...Və Paşinyanın ikinci etirafı. Hökumətin son iclaslarından birində baş nazir proqnozlarla bağlı böyük problemlərinin olduğunu söylədi. Xatırladaq ki, söhbət Sevan gölündəki suyun səviyyəsindən gedirdi ki, bu da Paşinyanın son açıqlamasına görə, tezliklə 60 il əvvəlki rekordu qıracaqdı, amma əslində, hətta keçən ilin göstəricisinə belə uduzdu.

Maraqlıdır ki, ermənilər son zamanlar Nikolun daha bir mənfi cəhətini kəşf ediblər...sən demə, Nikol hakimiyyətdə olduğu müddətdə həmişə öz zəifliyini gizlətməyə çalışıb.

Yenə də onların fikrincə, Paşinyan hökumətinin əvvəlki bütün sosial-iqtisadi fəaliyyəti ölkədə yoxsulluğun daha da güclənməsi və sosial qütbləşmənin daha da artması ilə başa çatıb. Yəni hakimiyyətdə olanlar maddi vəziyyətlərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırdılar, gəlirlərini ikiqat və üç qat artırdılar, amma ölkə təqaüdçüləri məmur masasından qalan qırıntılara qane oldu, yəni Nikolun hakimiyyətdə olduğu 3 il ərzində onların pensiyaları cəmi 3 min dram artdı.

Bəlkə də indi hökumətin hərəkətlərinin sxem təsvirinin dəyişəcəyini iddia etmək üçün heç bir səbəb yoxdur. Təbii ki, 5 ildən sonra nəsə edəcəklər, amma bu, Ermənistanın dövlət borcunun qorxunc şəkildə artması hesabına olacaq. Xatırldaq ki, bu borc qısa müddətdə artıq 2 milyard dollar artıb. Keçən ilin sonunda ölkənin milli borcu ÜDM -in 63,5 faizini təşkil edirdi, halbuki qanuna görə 60 faizdən çox olmamalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə