“Ermənistan bölgədəki kommunikasiyaların blokunu açmağa, həmçinin Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırdır”.
Qeyd edək ki, bu fikirləri erməni baş nazir Nikol Paşinyan parlamentdə beş illik fəaliyyət proqramını təqdim edərkən bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrlə əlaqələrin qurulması və inkişafı bölgədə sülhün və sabitliyin bərqərar olması üçün əsaslıdır. Paşinyan İrəvanın bəzi qonşularla münasibətlərdə düşmənçiliyi aradan qaldırmaqda qərarlı olduğunu vurğulayıb.
Rabitəni blokdan çıxarmaq üçün görülən tədbirlər Cənubi Qafqazda sülh və qarşılıqlı faydalı bir varlıq mühiti yaratmağa kömək edəcəyini deyən ermən baş nazir, bunun Ermənistanın uzunmüddətli iqtisadi blokadasının aradan qaldırmağa imkan verəcəyini də bildirib.
Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına mümkün qədər tez başlamağın zəruriliyinə də əminliyini ifadə edərək bildirib: “Təəssüf edirəm ki, siyasi səs-küy səbəbiylə yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmadı. Ermənistan-Azərbaycan sərhədinin bir sıra hissələrindəki qeyri-sabit vəziyyət bu proseslərin başlaması üçün ciddi təhlükədir”.
...Təbii ki, erməni olasan, ermənilik eləməyəsən, bu, mümkün deyil. Belə ki, Nikol da bu sahədə öz həmcinslərində olan naqisliklərdən xali deyil. Beləliklə, Nikol çıxışı zamanı Qarabağla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin “ən yüksək səviyyədə” bərpa olunmasının vacibliyini də qeyd edib.
Əslində, Nikolun Qarabağ münaqişəsinin hələ də mövcud olması, bu münaqişənin hələ ki, həllini tapmaması, bunun danışıqlar yolu ilə müzakirə edilməli olan bu məsələ olduğunu “iddia” etməsini, mən Paşinyanın şəxsən “özünümüdafiəyə” hesablandığı kimi başa düşürəm.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB