Əfqanıstan bundan sonra hansı pulla yaşayacaq?

Əfqanıstan bundan sonra hansı pulla yaşayacaq?

Əfqanıstanda “Taliban” hakimiyyətə gəlməmişdən əvvəl ölkə iqtisadiyyatı xarici yardımdan çox asılı idi. Əslində, elə indi də belədir. Amma hələ ki, özünü sərt şəkildə büruzə verməyib. Belə ki, beynəlxalq yardımın Əfqanıstanda sona çatması halında dərhal ciddi problemlər ortaya çıxacaq.

Qeyd edək ki, Əfqanıstanda istehsal çox kiçik həcmdə mövcuddur və əsasən daxili bazar üçün nəzərdə tutulub. Ticarət balansına nəzər salsanız, oradakı idxal həmişə ixracdan xeyli üstün olub. Yəni yemək də daxil olmaqla hər şey, bir növ, xaricdən gətirilir.

Xatırladaq ki, 2000 -ci illərin əvvəllərində, amerikalılar Əfqanıstana yenicə girəndə hətta kartof da xaricdən alınırdı. Sonradan olkə iqtisadiyyatı Amerika dollarından o qədər asılı vəziyyətə düşdü ki, hətta qonşu ölkələr də bunu öz məhsulları üçün yaxşı bazar kimi görməyə başladılar.

Əslində, qonşu ölkə deyəndə, burada Çin nəzərdə tutulur. Amma bu istiqamətdə “cəhd edən” təkcə Çin deyildi. Belə ki, Özbəkistan da bu siyahıya salına bilər.

Qeyd edək ki, Əfqanıstan da daxil olmaqla, Orta Asiya resurslarla həmişə zəngin olub. Bu gün Cənubi Asiya işçi qüvvəsi ilə bol olsa da, amma bunun böyük bir artıqlığı da var ki, bu da qeyd edilməlidir. Əslində, bu, Əfqanıstanın inkişafı üçün də bir variantdır.

Gəlin belə deyək…yəni əgər ölkə uğur qazanmasa, o zaman Əfqanıstanda vəziyyət daha da pisləşəcək. Belə ki, beynəlxalq yardımların azalacağı artıq göz qabağındadır. Bildirək ki, burada taliblərin davranışlarından da çox şey asılıdır. Əgər ölkədə sabah narazılıq artarsa, o halda ölkəni idarə etmək daha da çətinləşəcək.

Məsələn, hazırda hakimiyyət formalaşdırmaq üçün “ruslara minnənçi” düşən taliblər, bu gün ölkədə az-çox işləyənlərə məvacibi haradan verəcəkləri hələ ki, sual altındadır. Bundan əlavə, Əfqanıstanın Qərb maliyyə sistemi ilə əlaqəli maliyyə qurumları artıq iflic vəziyyətindədir.

Daha bir önəmli məsələ, Əfqanıstan iqtisadiyyatında önəmli yer alan narkotik ixracı ilə bağlıdır. Bu gün narkotikin istehsal və satışlarının ölkə iqtisadiyyatında böyük bir rol oynadığı heç kimə sirr deyil. Amma maraqlıdır ki, rusiyalı şərqşünas Ömər Nessar bunula razılaşmır. Onun fikrincə, bəli, Əfqanıstan iqtisadiyyatı narkotik istehsalı və satışından asılıdır, lakin əksər ekspertlər bu asılılığın miqyasını çox şişirdirlər. Nessara görə, bu ölkə ilə bağlı narkotik alveri mövzusu, çox siyasiləşdirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə