Meksikada neft platformasındakı yanğın zamanı ölənlərin sayı 5-ə çatıb
Meksika körfəzində Meksikanın “Pemex” neft-qaz şirkətinin neft hasilatı platformasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb.
SİA xəbər verir ki, bu barədə şirkətin rəhbəri Oktavio Romero Oropesa keçirdiyi mətbuat konfransında bildirib.
“Təəssüf ki, 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb”, - Oropesa belə deyib. Bundan əvvəl Meksika prezidenti Andres Manuel Lopes Obrador bir nəfərin öldüyünü və bir neçə nəfərin itkin düşdüyünü bildirmişdi.
Yanıq xəsarəti alanlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Şirkət qəzanın səbəblərinin araşdırılacağına söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB