İsrail qırıcıları Qəzza zolağına havadan raket zərbələri endirib

İsrail qırıcıları Qəzza zolağına havadan raket zərbələri endirib

İsrail təyyarələri Qəzza zolağında Fələstin müqaviməti adlanan bir neçə hədəfə zərbələr endirib.

SİA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, Fələstin anklavının cənub hissəsindəki Xan-Yunis şəhəri ərazisindəki qrupların bir neçə mövqeyi qərbələrə məruz qalıb. Əl-Qədisiyyə qalasının dayaq məntəqəsinə pilotsuz uçuş aparatları vasitəsilə 5 raket atılıb. Bu zərbələrin fəsadları barədə hələlik məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə