Fransada təyyarə qəzası nəticəsində ən azı iki nəfər həlak olub

Fransada təyyarə qəzası nəticəsində ən azı iki nəfər həlak olub

Fransanın şimalında Bondyu aerodromu yaxınlığında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ən az iki nəfər həlak olub.

SİA-nın məlumatına görə, bu barədə BFMTV yerli yanğınsöndürmə idarəsinə istinadən xəbər verib.

Məlumata əsasən, yerə çırpıldıqdan sonra təyyarə yanmağa başlayıb. İlkin məlumatlara görə, təyyarədə təlimçi-pilot və tələbə olub.

Hadisə yerinə 37 yanğınsöndürmə briqadası göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə