BMT-nin Baş katibi G7 ölkələrinin zirvə görüşündə Əfqanıstanla bağlı çağırış edəcək
BMT-nin Baş katibi Antonio Quttereş Əfqanıstan ilə bağlı "G7" ölkələrinin zirvə görüşündə beynəlxalq ictimaiyyəti bu ölkə xalqının maraqları naminə birliyə çağıracaq.
SİA-nın məlumatına görə, bu barədə beynəlxalq təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
S.Düjarrik bildirib ki, BMT-nin Baş katibi G7-nin Əfqanıstanla bağlı virtual sammitində iştirak etmək üçün dəvət edilib:
"Əfqanıstan xalqının maraqlarını ən yaxşı şəkildə təmin etmək üçün beynəlxalq ictimaiyyətin birliyinə çağırış edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB