Dünənin “diktator”u bu gün gizlənməyə yer gəzir

Dünənin “diktator”u  bu gün gizlənməyə yer gəzir

…“Ey gidi dünya”, sən bu “qəhrəman erməni oğullarını” nə günə qoydun? Biz ermənilər 28 il bundan əvvəl diktator rolunda idik, bu gün isə…az qala “ölüdən can diləyək”. Deyim ki, bu sözləri erməni polkovniki Senator Asratyan “elə erməni dərrakəsi ilə də ötən günləri xatırlayaraq” bildirir.

…Düz 28 il əvvəl, elə bu gün, avqustun 23-də “igid erməni oğullarında formalaşdırılmış “erməni özünümüdafidə” ordusunun komandiri Samvel Karapetyan 366- cı alaydan yardım istədi. Təbii ki, ruslar onlara göndərdiyimiz araq-konyakın qabağında dayana bilmədilər. Bizə 4 ədəd tank, 3 piyada döyüş maşını verdilər. Yadımdadı, sürücülər də elə ruslar idi.

Elə həmən gün biz Hadrutu “geri aldıq”. Deyim ki, azərbaycanlılardan silahsız idilər deyə, nə qədər öldürüldüyünü xatırlamıram, amma bizim “erməni igidlərimizin” birinin burnu belə qanamamışdı.

Bununla dayanmayan, “özünümüdafidə” ordumuzun “qəhrəman əsgərləri” özlərini “qoruya-qoruya” səhəri gün “qədim erməni diyarı olan” Cəbrayılı azərbaycanləlardan “geri aldı”.

…İndi deyirəm, ... 28 il əvvəl biz bu şəkildə, məqsədyönlü və “diktator” rolunda idik. Və bu gün, harda Azərbaycan Əsgəri görürük, o dəqiqə girməyə dəlik axtarırıq?.. Yaxşı ki, “rus sülhməramlıları” yanımızdadır. Amma yenə də buna baxmayaraq…

…Odey, dünənə qədər ermənilərin hüquq müdafiəçisi Arman Tatoyan öz “qorxmazlığı” ilə bütün erməni gənclərinə nümunə idi. Azərbaycanlılara yaxın “okop”ları da gəzirdi. Özü də qorxub eləmirdi. Amma o gün qorxub. Dediyinə görə, Syunikdə olanda qarşı tərəfdəki “okop”dan ona silah tuşlandığını görüb. Deyir, onunla da canına üşütmə düşüb.

Dünənə qədər azərbaycanlılardan qorxan əsgərlərimizə Arman Tatoyanı, onun “qorxmazlığını” “nümunə” göstərirdik. Sən demə, elə o da qorxağın biriymiş. Hazırda qorxaq erməni əsgərlərinə nümunə göstərmək üçün “qorxmaz bir erməni” axtarışına çıxmışıq.

…“Ey gidi dünya”, deyəsən, firənglər və onun biz ermənilərlə bağlı dilə tutub aldatdıqlarından başqa hamı bizdən üz döndərib. Dünənə qədər biz ermənilər özümüzü “diktator” bilirdik, amma bu gün…gizlənməyə yer gəzirik.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə