“Taliban” Rusiyanı Əfqanıstanın bərpasına kömək etməyə çağırır

“Taliban” Rusiyanı Əfqanıstanın bərpasına kömək etməyə çağırır

“Taliban” nümayəndəsi Suheyil Şahin Əfqanıstanın yenidən qurulmasında Rusiya və qonşu ölkələrin dəstəyinə güvəndiyini bildirib.

Şahin qeyd edib ki, bu gün Əfqanıstanın səhiyyə, infrastruktur və təhsil sahələrində, eləcə də təbii sərvətlərin inkişaf etdirilməsində digər ölkələrin köməyinə ehtiyacı var: “Bu, bütün ölkələr üçün ortaq dəvətimizdir və tariximizin bu həlledici məqamında bizə kömək edəcək hər bir ölkəyə minnətdar olacağıq”.

Hazırda “Taliban” qarşıdakı dövlət quruluşunu müəyyən etmək üçün müxtəlif siyasi qüvvələrlə məsləhətləşmələr aparır. Mülki şəxslərin və xarici diplomatik və humanitar missiyaların təhlükəsizliyinə zəmanət verəcəyinə söz verirlər.

“Rusiya da daxil olmaqla qonşularımızla çoxdankı münasibətlərimiz var. Bunu hamı bilir. Biz bu əlaqələri davam etdirib möhkəmləndirəcəyimizə ümid edirik. Biz ümid edirik ki, onlar Əfqanıstanın yenidən qurulmasında iştirak edəcəklər”.

Qeyd edək ki, “RİA Novosti”nin məlumatına görə, bu sözləri də Suheyil Şahin deyib.

Onu da bildirək ki, daha əvvəl “Taliban” Rusiya, Pakistan və Çinlə “əla” əlaqələr qurduqlarını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə