ABŞ -ın Ermənistandakı səfiri turizm agenti rolunda

ABŞ -ın Ermənistandakı səfiri turizm agenti rolunda

Linn Treysi turistləri mənzərəli mənzərəni seyr etmək üçün Ermənistana getməyə təşviq edir

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi vurğulayıb ki, turizm sahəsində Ermənistanın təklif edəcəyi çox yer var. SİA erməni mənbələrinə istinadən xəbər verir ki, bu kontekstdə səfir Sünik bölgəsinin adını çəkib.

Səfir Sünik bölgəsinin Qarakilsə (ermənilər Sisiyan deyir) icmasında jurnalistlərə verdiyi müsahibədə, Ermənistanın turistlərin diqqətini necə cəlb edəcəyi, turizm sektorundakı potensialını necə reallaşdıracağı mövzusuna toxunub: "Azərbaycan Sünik bölgəsinin sərhəd bölgələrindəki vəziyyəti müntəzəm olaraq gərginləşdirir, təhlükəsizlik problemləri ortaya çıxır".

Səfir L.Treysi qeyd edib ki, turistlər təhlükəsizlik məsələlərini nəzərə almalıdırlar: "Təhlükəsizlik problemləri təcili, ən qısa zamanda həll edilməli olan aktual mövzulardır, ancaq mənim kimi ziyarətçilərin və turistlərin ziyarətləri davam etməlidir. Bu yerləri mütləq ziyarət edin və heyran olun. Mən özüm bir neçə həftə əvvəl burdaydım, buna görə də bu gün yenidən burdayam və varlığımla turizmin rolunu bir daha vurğulamaq istəyirəm. Ermənistanın bu sahədə, xüsusən də Sünik bölgəsində təklif edəcəyi çox yer var”.

Bütün xəbərlər Facebook səhifəmizdə