Türkiyə Rusiyadan yeni “S-400” alır

Türkiyə Rusiyadan yeni “S-400” alır

Rusiya dövlət şirkəti olan “Rosoboronexport”un baş direktoru Aleksandr Mixeyev tezliklə Rusiya və Türkiyə “S-400” zenit-raket komplekslərinin tədarükü üçün yeni müqavilənin bağlana biləcəyini bəyan edib.

“Məsləhətləşmələr artıq son mərhələdə davam edir. Yaxın gələcəkdə tərəfdaşlarla müqavilə tərtib etməyə başlayacağıq”.

Qeyd edək ki, baş direktor bu barədə 22-28 avqust tarixlərində Moskva vilayətinin Kubinka şəhərində keçirilən “Ordu-2021” Beynəlxalq Hərbi-Texniki Forumu zamanı bildirib.

Xatırladaq ki, hələ 2017-ci ildə Rusiyadan S-400 alan Türkiyə tarixə bu sistemlərə malik ilk NATO ölkəsi kimi daxil olub.

Bundan əlavə, bu yaxınlarda Türkiyədə “IDEF 2021” silah sərgisinin uğurla keçirildiyini xatırladan Mixeev, sərgidə iştirak edən rus mütəxəssislərinin yaxşı bir araşdırma proqramı ilə geri döndüklərini də gizlətməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə