Ermənilərin etirafı... və Nikolla Anna Soçiyə gedirlər

Ermənilərin etirafı... və Nikolla Anna Soçiyə gedirlər

Bu gün Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasətin müstəqil dövlət quruculuğu prosesinin uğurlarından biri olduğu etiraf edilməlidir. Burada qeyd edım ki, bu mənim tapıntım deyil, erməni etirafıdır: “Müdrik çoxvektorlu Azərbaycan”. Maraqlıdır ki, bu, erməni saytlarının birində yer alan yazıya yarımbaşlıq kimi çıxarılıb.

Azərbaycanın balanslı və çoxvektorlu xarici siyasət yürütdüyünü yazan erməni saytı Bakının hərbi-siyasi prioritetlərinin istiqamətini dəyişməsini də bu ölkənin uğurlu addmı kimi təqdim edir. Belə ki, saytın yazdığına görə, guya ötən ilin payızına qədər Rusiya ilə “bir nömrəli ortaq” olan Azərbaycan, keçən il-Qarabağada başlayan müharibə zamanı Türkiyənin dəstəyi ilə ortaya çıxıb. Burada Türkiyənin ticarət nazirliyinin məlumatına “istinad edən” ermənilər, həmin ərəfədə, yəni 2021 -ci ilin yanvar -may aylarında Bakının Ankaradan 17 milyon ABŞ dolları dəyərində silah-sursat aldıqlarını bildirirlər. Onların ehtimalına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfə çoxdur.

Bundan əlavə, guya Azərbaycan Türkiyədən başqa İran, İsrail və Ukrayna ilə hərbi-texniki əməkdaşlıq qurmağa çalışır.

Burada ermənilərin özlərinin də Rusiyadan silah-sursat “aldıqlarını” etiraf edirlər. Hətta onlar həmişə olduğu kimi, bu dəfə də erməniliklərinə sadiq qalaraq, Azərbaycana “gözdağı” verməyi belə unutmurlar. Yəni ermənilər iddia edirlər ki, rusların hərbi sənaye kompleksinin inkişaf səviyyə və keyfiyyəti Azərbaycanın silah-sursat aldığı ölkələrin silah-sursatında “yüksəkdir”. Ona görə də onlar, ənənəyə sadiq qalaraq bütün silah-sursatlarını həmişə olduğu kimi, bu dəfə də ruslardan alacaqlar. Əslində, ermənilər deməsələr də, məlumdur ki, onların bu ölkələrdən silah-sursat almağa nə təmiz sifətləri, nə də ki, pulları var. Çünki ermənilər ancaq rusun yararsız silah-sursatını almağa “yaranıblar”. Ona görə də indi onların boğazdan yuxarı danışmaları, şəxsən mənə “pişiyin ağzı ətə çatmayanda iylənib deyər” məsəlini xatırladır.

Burada maraqlı bir nüansın da üstündən ötəri keçmək olmur. Belə ki, ermənilərin yazdığına görə, guya türklərin onlara etdiyi “tərəfdaşlığı gücləndirmək” barədə təkliflərinə cavab verməmələri, Türkiyənin Azərbaycana göstərdiyi sayqı ilə bağlıdır. Yəni əgər Türkiyə Azərbaycana olan sayqıları aradan götürsə, bu halda, Ermənistan tərəfi bu məsələni nəzərdən “keçirə bilər”.

Bax, burda deyiblər ey, dağıl, a dünya, “yuxarıda yeri yox, aşağını da bəyənmir".

...Hə, yadımdaykən, onu da deyim. Belə ki, qarşıdakı günlərin birində, yəni avqustun 26 -da Nikol və ailəsinin tətilə çıxacağı bildirilir. Bizlərdə olan “...ərəb-corab” məsəlinə bənzər məsəl cəkən erməni saytları yerli ermənilərə Soçidəki otellərin dünya standartları səviyyəsində və qiymətlərinin baha olduğunu xatırladaraq, amma bunun Nikol üçün elə də bir problem yaratmadığını bildirir. Sən demə, bu gün Ermənistanda ən varlı adamlarından biri olan Nikol Vovaeviçlə artıq hamı hesablaşır.

...Bir də, verilən məlumata görə, 24 avqustda parlamentə göndəriləcək hökumət proqramının müzakirəsi zamanı Nikol oralarda gözə görünməmək istəyir. Çünki bir müddət bundan əvvəl erməni parlamentində Nikol Vovaeviçə qarşı “ədəbsizlik” edərək onu kürsüdən düşürüb bayıra çıxarıblar. Ona görə də, erməni baş nazir həmin aqibəti təzədən yaşamamaq üçün avqustun 24-dək aradan çıxmaq istəyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə