Böyük Britaniyada növbəti aydan peyvəndin 3-cü dozasının tətbiqinə başlanacaq
Böyük Britaniyada növbəti aydan peyvəndin 3-cü dozasının tətbiqinə etibarən başlanacaq.
SİA xəbər verir ki, səhiyyə naziri Səcid Cavid Peyvəndlənmə və İmmunizasiya üzrə Komitənin son tövsiyələrindən sonra 3-cü dozanın tətbiqinə başlayacaqlarını açıqlayıb.
O bildirib ki, 3-cü doza əvvəlcə immunitet sistemi zəif olan insanlara tətbiq olunacaq.
Peyvəndlənmə və İmmunizasiya üzrə Komitə tərəfindən nəşr olunan müvəqqəti məsləhət kitabçasında 50 yaşdan yuxarı olanlar da daxil olmaqla 30 milyondan çox həssas insan üçün peyvəndin üçüncü dozası tövsiyə olunur.
Qeyd edək ki, Krallıqda peyvəndin 1-ci dozası 47 milyon, 2-ci dozası isə 41 milyon nəfərə vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB