Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Prezidenti Vladimir Zelinski ilə telefonla danışıb.
SİA Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, V.Zelinski ilə telefon söhbətində Türkiyə prezidenti meşə yanğınlarında Ukraynanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Həmçinin, Ərdoğan Ukraynanın müstəqilliyinin 30 illiyi münasibətilə həmkarını təbrik edib, ikitərəfli əlaqələrin inkişafından danışıb.
Liderlər regional məsələlərlə bağlı müzakirələr də aparıblar.




USD
EUR
GBP
RUB