"Taliban" Pəncşir əyalətinə üzərinə hücuma hazırlaşır

"Taliban" Pəncşir əyalətinə üzərinə hücuma hazırlaşır

"Taliban” döyüşçülərinin Kabilin nəzarətində olmayan yeganə Pəncşir əyaləti üzərinə hücuma hazırlaşdıqları bildirilir.

SİA xəbər verir ki, bu barədə “France Press”ə açıqlamasında “Taliban” təmsilçilərindən biri deyib.

Eyni zamanda, "RİA Novosti" agentliyi “Taliban” döyüşçülərinin hücuma başlamaq üçün əmr gözlədiyini yayıb.

Qeyd edək ki, bu taliblər Pancşirdə möhkəmlənən müqavimət lideri Əhməd Məsudun təslim olması üçün 4 saat vaxt verib.

“Taliban”ın ultimatumuna cavab olaraq, Məsud tərəfdarları əyalət sakinlərinin onları müdafiə etməyə hazır olduqlarını açıqlayıb.

Həmçinin, Məsud bildirib ki, “Taliban”ın hakimiyyəti uzun sürməyəcək.

Qeyd edək ki, Əhməd Məsud Qərb mətbuatına açıqlamasında vurğulayıb ki, yerli tacik milisindən başqa, xüsusi qüvvələr də daxil olmaqla, onlara ölkənin digər bölgələrindən silahlı əsgərlər də köməyə gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə