Türkiyə Prezidenti ilə Böyük Britaniyanın Baş naziri arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
SİA-nın məlumatına görə, Britaniyanın hökumət başçısı Türkiyə lideri ilə Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edib.
Söhbət əsnasında Rəcəb Tayyib Ərdoğan uyğun şərait yaradılacağı təqdirdə Türkiyənin Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsindən məsul olmağa davam edə biləcəyini qeyd edib.
Türkiyə lideri vurğulayıb ki, hazırda Əfqanıstanda Türkiyənin prioriteti vətəndaşlarının bu ölkədən təxliyə edilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB