Koronavirusdan ölənləri sayı 480 nəfər artıb

Koronavirusdan ölənləri sayı 480 nəfər artıb

ABŞ-da yeni növ koronavirus səbəbi ilə həyatını itirənlərin sayı son 24 saat ərzində 480 nəfər artaraq 628 min 342 nəfərə çatıb. SİA-nın xarici mətbuat istinadən verdiyi məlumata görə, yoluxanların sayı 37 milyon 678 mini keçib. 4 milyon 227 mindən çox yoluxma və ölənlərin sayına görə 65 min 97 nəfərlə Kaliforniya ölkədə birinci yerdədir. Bu rəqəm Texasda 55 mindən çox, Nyu-Yorkda isə 54 min 12 nəfər olaraq qeyd edilib.

Qeyd edək ki, yetkin əhalinin 72 faizinə ən az bir doz Covid-19 peyvəndi vurulub. Ölkədə 200 milyon 947 mindən çox insan birinci, 170 milyon 406 mindən çox insan ikinci doz alıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə