Hər şeydən əvvəl, gəlin etiraf edək ki, bu gün işsizlik dünyanın əksər, hətta ən inkişaf etmiş ölkələrində belə mövcuddur. Təbii ki, işsizliyin çox olduğu ölkələr, müxtəlif variantlarla ölkədə yeni iş yerləri açdırmağa çalışırlar. Qeyd edək ki, həmin ölkələrdə baş verən miqrasiyalar adi hal kimi qəbul edilsə də, amma bunun sonradan total xarakter alması həmin ölkənin həm sosial-iqtisadi, həm də müdafiəsi üçün böyük problemlər yaradır. Uzatmayaq…
Beləliklə, Ermənistan hökuməti qarşıdakı 5 il ərzində ölkədəki işsizlik səviyyəsini 10 faizə endirmək istəyir. Amma, deyim ki, Nikol hökuməti bu istəyində, deyəsən, çox iddialı görünür.
Nə demək olar, amma, deyəsən, yenə də Nikolun bu gözəl təşəbbüsünə əmma çıxarmağa çalışanlar var axı.
Beləliklə, ötən gün erməni rəsmilərindən hansısa biri mətbuata verdiyi açıqlamasında bu ilin birinci rübündə ölkədə işsizlik səviyyəsinin 19.7 faizdən 17 faizə saldıqlarını bildirib.
Amma indi belə görünür ki, gərək bildirməyəydi, niyə? Hə, indi də ermənilər düşüblər yenə də bu yazıq Nikolun üstünə və sual edirlər: bir halda ki, yarım ildə siz belə bir göstəriciyə nail ola bilmisinizsə, deməli, ölkədəki izsizlik səviyyəsini, dediyiniz kimi, beş ilə yox, iki ilə də 10 faiz səviyyəsinə çatdıra bilərsiniz.
Yəni, sual edirik, bu gün sizin işsiz erməniləri 5 il gözlətməkdə məqsədiniz nədir? Yoxsa, ölkədəki əmək qabiliyyətli 5-10 nəfərin də ölkədən getməsini gözləyirsiniz?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB