Əfqanıstandan təxliyə edilmiş 1982 xarici vətəndaş Daşkənd aeroportundan ölkələrinə yola salınıb
Özbəkistan Əfqanıstanın paytaxtı Kabildən təxliyə olunan xarici vətəndaşların Daşkənd aeroportu vasitəsilə ölkələrinə göndərilməsində aktiv iştirak edir. Belə ki, avqustun 19-dan Daşkənd beynəlxalq hava limanının “Daşkənd-3” terminalı bu məqsəd üçün ayrılıb və son iki gündə 1982 xarici vətəndaş öz ölkəsinə yola salınıb.
SİA Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Daşkənd hava limanından göndərilənlər arasında Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, İsveçrə, Danimarka, Polşa, Macarıstan, Slovakiya və Qazaxıstan vətəndaşları var.
“Daşkənd-3” terminalı vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB