Rusiya xarici işlər naziri Sergey Lavrov Ararat Mirzoyana xarici işlər naziri təyin olunması münasibətilə təbrik məktubu göndərib. SİA xəbər verir ki, bu barədə Ermənistan XİN-dən məlumat verilib.
Lavrov təbrikində Mirzoyanın Ermənistan-Rusiya parlamentlərarası əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib və iki ölkənin xarici işlər nazirliyi arasında sıx və çoxşaxəli əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Rusiya XİN-in başçısı: "Yüksək dövlət vəzifəsində uğurlar, cansağlığı və firavanlıq diləyirəm. Sizi münasib vaxtda Moskvaya dəvət edirəm", deyə yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB