“Əfqanlar təhlükədədirlər, onlar ölkədən çıxa bilmirlər”

BMT xəbərdarlıq edir
“Əfqanlar təhlükədədirlər, onlar ölkədən çıxa bilmirlər”

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabiya Mantuanın bildirdiyinə görə, Əfqanıstandan baş götürüb qaçmaq istəyən əfqanların əksəriyyətinin belə bir seçimi yoxdur.

SİA bu barədə “Al Arabiya” nəşrinə istinad edir.

Hazırda Əfqanıstanda yaşayan xalqların başqa çarəsi olmadığını və ümumiyyətlə, onların təhlükə altında olduqlarını bildirən komissarlığın sözçüsü Əfqanıstanın qonşu ölkələrini əfqanların sığınacaq ala bilmələri üçün sərhədlərini qaçqınlara bağlamamağa çağırıb.

Qeyd edək ki, əfqan xalqlarının qarşılaşdıqları çətinliklə bağlı Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı (“UNHCR”) da öz narahatlığını bildirib. Təşkilat Əfqanıstandakı qadın və qızlar da daxil olmaqla mülki insanlara qarşı insan haqlarının pozulması riski ilə bağlı narahatlıqlarını bəyan edib.

Bu arada İngiltərə müdafiə nazirinin müavini Ceyms Xappi hazırda Əfqanıstanı tərk etmək istəyənlərin çox olmasını diqqətə çatdıraraq, bunun da çətinlik yaratdığını bildirib. Bundan əlavə, deyilənə görə, 3-4 günə Kabul hava limanının bağlanması da istisna edilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə