Əfqanıstan üzərində nəzarəti Rusiya və ya Çinə vermək olmaz

Əfqanıstan üzərində nəzarəti Rusiya və ya Çinə vermək olmaz

Avropa diplomatiyasının rəhbəri Josep Borrell rəhbəri olduğu təşkilatın Rusiya və Çinin Əfqanıstandakı vəziyyəti idarə etməyə imkan verməyə qadir olmadığını etiraf edib.

SİA bu barədə Borrellin Avropa Parlamentindəki çıxışına yer verən TASS-a istinadən bildirir.

“Çin və Rusiyanın Əfqanıstan ətrafındakı vəziyyəti idarə etməsinə icazə verə bilmərik” deyən Josep Borrell bununla yanaşı, Əfqanıstan rejiminin süqutunu və “Taliban”ın qələbəsini “fəlakət və kabus” adlandırıb.

Avropa diplomatiyası rəhbəri və hadisəni Qərb kəşfiyyat xidmətlərinin səhvi kimi qiymətləndirib.

Borrell bu mövzuda ABŞ-la daha yaxından əməkdaşlıq etməyin və “müttəfiqlərlə ortaq mövqe inkişaf etdirmək üçün diplomatik səylərin gücləndirilməsinin” vacib olduğunu da bildirib. O, bütün bunlarla yanaşı, “Taliban”la bağlı Əfqanıstandakı siyasi prosesin digər vacib iştirakçıları ilə dialoqa ehtiyac olduğunu vurğulayıb.

Bir daha xatırladaq ki, avqustun 15-də “Taliban” döyüşçüləri Kabulu ələ keçirərək ölkədə hakimiyyətin onlara məxsus olduğunu elan etdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə