Ukraynanın Müstəqillik Gününün 30-cu ildönümü ərəfəsində "Reytinq" sosioloji qrupu ukraynalılar arasında maraqlı bir sorğu keçirib: siz SSRİ üçün darıxmırsınız ki?
Keçirilən sorğunun nəticələri göstərib ki, ukraynalıların 61 faizi SSRİ üçün darıxmasa da, amma ölkə vətəndaşlarının 32 faizi SSRİ üçün darıxırlar.
Qeyd edək ki, SSRİ üçün darıxanlar, əsasən, ölkənin Cənub-Şərq bölgəsində yaşayan yaşlı və aztəminatlı insanlardır.
Bildirək ki, onlara Ukraynanın müstəqilliyinin elan olunmasını dəstəkləməyənlər və “bir zamanlar daha yaxşı idi"yə inanan ukraynalılar da qoşulublar.
Yeri gəlmişkən, sorğu bir daha göstərdi ki, əgər son 10 ildə SSRİ-nin dağılmasından kədərlənən ukraynalıların sayı azalırsa, Rusiyada bu cür vətəndaşların sayı, əksinə olaraq artır.
Bundan əlavə, ukraynalıların 27 faizi ölkədə planlı iqtisadiyyata qayıtmağı dəstəkləyirlər. Əhalinin üçdə ikisi azad bazarın tərəfdarıdır.
Sonuncuların, əsasən, daha yaxşı vəziyyətdə olan insanlar tərəfindən dəstəklənməsi xarakterikdir.
Bundan əlavə ukraynalılar SSRİ-nin Ukraynanın inkişafına təsirini də qiymətləndiriblər: rəyi soruşulanların 52 faizi bunu neytral, 23 faizi mənfi, 18 faizi isə müsbət qiymətləndirib.
Burada qeyd etmək yerinə düşər ki, yaşlı nəslin nümayəndələri bu təsiri həm müsbət, həm də mənfi qiymətləndirmişlər, gənclər isə bu məsələdə neytral mövqe nümayış etdiriblər.
Maraqlıdır ki, respondentlərin 43 faizi SSRİ dövründə həyatın daha yaxşı olduğuna inanır ki, bunlar da əsasən yaşlı insanlardırlar. Ancaq gənclər başqa bir şeydən əmindirlər.
Sovet İttifaqında təhsil və tibb səviyyəsi ən yaxşı idi, bunu respondentlərin qiymətləndirmələri də sübut edir. Ancaq burada da yaşlı və gənc nəslin fikirləri fərqlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB